“Facebook”un səhmləri 3 faiz bahalaşıb

“Facebook”un səhmləri 3 faiz bahalaşıb
13:58 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Facebook”un qazancı ötən ilin oktyabr-dekabr aylarında 129 faiz artımla 3,57 milyard dollara çatıb. Bir əvvəlki ilin eyni dövründə şirkət 1,56 milyard dollar xalis mənfəət əldə etmişdi.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, keçən ilin dördüncü rübündə şirkətin gəliri 51 faiz yüksələrək 8,81 milyard dollar təşkil edib. “Facebook” 2015-ci ilin dördüncü rübündə 5,84 milyard dollar əldə etmişdi.

Şirkətin reklamlardan əldə etdiyi gəlir hesabat dövründə 5,64 milyard dollardan 8,63 milyard dollara çataraq 53 artım nümayiş etdirib.

Dördüncü rübdə reklam gəlirlərinin 84 faizi mobil reklamlardan əldə edilib. Bu nisbət əvvəlki ilin eyni dövründə 80 faiz olmuşdu.

Gündəlik aktiv istifadəçilərinin sayı 2016-cı ilin dördüncü rübündə ortalama 1,23 milyard nəfər təşkil edib. Bir əvvəlki ilin eyni dövrünə görə bu 18 faiz artım deməkdir. 1,15 milyard nəfər mobil telefonlardan “Facebook”a daxil olublar.

Şirkətin dördüncü rübdə Nyu York Birjasında hissələrinin dəyəri 2,9 faiz artaraq 137,07 dollara qədər yüksəlib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/186155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR