Parlamentdə torpaq müzakirəsi: "Torpağı su qiymətinə satırlar, bu özbaşınalıqdı "

Parlamentdə torpaq müzakirəsi: "Torpağı su qiymətinə satırlar, bu özbaşınalıqdı "
13:58 2 Fevral 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bir sıra özünü yerli idarəetmə orqanlarında kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə satılması halları ilə qarşılaşırıq”.

Publika.az xəbər verir ki, bunu Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bildirib.

F.Məmmədov deyib ki, torpaq qanunvericiliyinin pozulmasında müxtəlif məsələlər aşkar olunur:

“Bu cür torpaqların satılması qanunla qadağandır. Belə torpaqlar yalnız sahibkarlıq məqsədi ilə icarəyə verilir. Satışı qadağan olunan kənd təsərrüfatı torpaqlarının xüsusi mülkiyyətə verilməsi halı ilə rastlaşmışıq. Torpağı su qiymətinə satırlar. Bir faktı deyim, Qusar rayonunun Samur bələdiyyəsində 70 hektara yaxın torpaq 9 min manata satılıb. Bu, özbaşınalıqdır”.

Bələdiyyə torpaqlarının paylanılması məsələləsinə də toxunan F.Məmmədov qeyd edib ki, torpaqların paylanılmasında bəzən bələdiyyələrin deyil, ümumiyyətlə, aidiyyati olmayan şəxslərin iştirakı ilə belə hallar baş verir:

“Qusar rayonu Samur bələdiyyəsində belə halların şahidi olduq. 30 hektar kənd təsərrüfatı təyinatlı torpaq həqiqiliyi şübhə doğuran sənədlər əsasında xüsusi mülkiyyətə keçirilib. Bu şəxslər möhürləri haradan alıblar? Qərarları kimin adından veriblər? Bunlar araşdırılmalı məsələrdir. Prokurorluğa göndərilən materiallar içərisində həmin qurumun fəaliyyəti ilə bağlı sənədlər də var”.

O bildirib ki, ötən il ərzində 8359 hektar torpaq bələdiyyəyə qaytarılıb:

“Onların böyük əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaqlar sahələri olub. Hətta 205 hektar torpaq sahəsi bütövlükdə kənd təsərrüfatı təyinatlı torpaq olsa da, qanunsuz olaraq xüsusi mülkiyyətə verilib. Bu halların qarşısı alınıb. Bir sıra hallar üzrə məsələləri mübahisələndirmişik”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/186159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR