İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsi başa çatıb

İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsi başa çatıb
13:59 2 Fevral 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan internat və uşaq evlərində keçirilən “Ədəbiyyat saatı” layihəsi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, “Ədəbiyyat saatı” layihəsinin məqsədi valideyn himayəsindən məhrum olan yeniyetmə və gənclər arasında bədii ədəbiyyata marağı artırmaqdır.

 

Bildirək ki, layihə çərçivəsində Sabunçu və Xəzər rayonlarında yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 1 və 2 saylı internat məktəblərində altı təlim keçirilib. Həftəsonları təşkil edilən təlimlərdə jurnalist-yazar Vüsalə Məmmədova və yazar Sevinc Elsevər iştirak edib. Uşaqların dünyagörüşünün, ədəbi-bədii zövqünün formalaşması, düşünmək və düşüncələrini ifadə edə bilmək vərdişlərinin cilalanması, nitq mədəniyyətinin inkişafı məqsədi daşıyan təlimlərdə onlara uşaq ədəbiyyatı nümunələri oxunub. Davamlı keçirilən təlimlərdə uşaqlar onlara paylanılan kitabları oxuyub, təlimçilərlə şagirdlər əsərləri birgə təhlil edərək, müzakirələr təşkil ediblər.

Təlimlərdə həm də uşaqlara “Yazı” ədəbiyyat dərgisinin əlavəsi olan “Yemlik” uşaq toplusu təqdim olunub.

 

Dərginin növbəti sayında çap olunmaq üçün internat uşaqları arasında müsabiqə elan edilib. Müsabiqədə qalib gələn hekayə və şeirlər “Yemlik” dərgisinin növbəti sayında işıq üzü görəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR