Bakıda 3-cü Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

Bakıda 3-cü Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək
14:05 2 Fevral 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 3-cü Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Konfransda iştirak etmək üçün 155 nəfər qeydiyyatdan kecib. Azərbaycandan olan iştirakçılar arasında arıçılarla bərabər, müvafiq dövlət qurumlarının nümayəndələri, alimlər, arıçılıq sahəsi üzrə mütəxəssislər, arıçılıq layihələri həyata keçirən ictimai birliklərin nümayəndələri də var.

Yerli və xarici mütəxəssislər, o cümlədən arıçılıq birliklərinin nümayəndələri Azərbaycan arıçılarını müasir arı saxlama texnologiyaları ilə tanış edəcəklər. Türkiyədə yayımlanan "Bereket TV" kanalının çəkiliş qrupu da qonaqlar sırasındadır. Bundan başqa, bu ilin sentyabrında İstanbulda keçiriləcək 45-ci Ümumdünya Apimondiya konqresinin təşkilat komitəsinin və elmi şurasının sədrləri, həmçinin digər səlahiyyətli nümayəndələri də konfransda iştirak edəcəklər. Konfransda arıcılığın bütün sahələrini əhatə edən mövzular müzakirə olunacaq.

Konfrans 4-6 fevral tarixlərində Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən AF Oteldə keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR