Güclü yağış təyyarəni yoldan çıxardı

Güclü yağış təyyarəni yoldan çıxardı
14:05 2 Fevral 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın Cokyakarta şəhərində sərnişin təyyarəsi hava limanında uçuş-eniş zolağından kənara çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb güclü yağışın yağması olub.

İdarəetmədən çıxan "Boeing 737-800" təyyarəsində 130 sərnişin və heyət üzvü olub.

Verilən məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzadan sonra hava limanı müvəqqəti bağlanıb. Həmin hava limanına gələn təyyarələr yaxınlıqdakı aeroportlara yönləndirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR