Tramp baş nazirin sözünü ağzında qoydu - FOTO

Tramp baş nazirin sözünü ağzında qoydu - FOTO
14:05 2 Fevral 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Prezident seçildikdən sonra dünya liderləri ilə telefon danışıqları aparan Donald Tramp son olaraq Avstraliyanın baş naziri Malkolm Turnbull ilə danışıb.

Milli.Az "The Washington Post"a istinadla bildirir ki, 1 saat nəzərdə tutulan telefon danışığı 25 dəqiqə davam edib. 

Danışığın tez bitməsinin səbəbi isə ABŞ ilə Avstraliya arasında ötən il razılaşdırılan immiqrant qəbulu məsələsidir.

Xəbərdə bildirilir ki, Barak Obamanın prezidentliyi dövründə razılaşdırılan məsələyə reaksiya verən Tramp telefon danışığı zamanı Turnbulla: "Dörd liderlə danışdım, ən pisi bu oldu", - deyib və telefonu bağlayıb.

Tramp telefon danışığından sonra həmin məsələyə tvitterdən sərt reaksiya verib. O, tvitterdə yazıb:

"Buna inana bilirsiniz? Obamanın prezidentliyi dövründə Avstraliyadan minlərlə köçkünün qanunsuz olaraq qəbul edilməsinə razılıq verilib. Niyə? Bu axmaq məsələ ilə ciddi şəkildə məşğul olacam".

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR