Dövlət Komissiyası: Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür

Dövlət Komissiyası: Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür
14:07 2 Fevral 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.
Bu barədə “Report”a Dövlət Komissiyasından bildirilib.
“Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə, Komissiyanın məlumatında bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/dovlet-komissiyasi-ermenistan-herbcileri-terefinden-saxlanilan-azerbaycan-vetendasinin-azad-edilmes

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR