"Buffon mənə ikinci qapıçı kimi təklif edilib"

"Buffon mənə ikinci qapıçı kimi təklif edilib"
14:12 2 Fevral 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

"Yayda "Mançester Yunayted"ə kimləri gətirmək istədiyimi artıq müəyyənləşdirmişəm. Bunu həyata keçirmək mümkün olacaqmı? Mən həmişə realist olmağa çalışıram".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya məxsusdur.

Portuqaliyalı çalışdırıcı yay "transfer pəncərəsi"ndə "mankunianlar"ın danışıq aparacağı futbolçuların adlarını indidən müəyyənləşdirdiyini bildirib.
 
İngiltərə mətbuatına danışan təcrübəli mütəxəssis söhbət əsnasında maraqlı məqamı açıqlayıb. Məlum olub ki, İtaliya yığmasının və "Yuventus" klubunun qolkiperi Canluici Buffon Mourinyoya təklif edilib: "Yadımdadır, illər öncə çalışdırdığım komandaya ikinci qapıçının alınmasını xahiş etdim. Klubun texniki direktoru mənə siyahı təqdim etdi. İkinci qapıçı üçün nəzərdə tutulmuş şəxslərin siyahısında ilk yerdə Buffonun adı qeyd olunmuşdu. Qısası, realist olmağa çalışıram. Həmişə reallaşması mümkün variantları nəzərdən keçirirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR