Qış fəslində üz dərisinə qulluq

Qış fəslində üz dərisinə qulluq
14:17 2 Fevral 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir.

Milli.Az bildirir ki, qışda bu daha problemli olur ki, üz dərimiz daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır.

Nəticədə dərimiz stres vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.

Bu səbəbdən üz dərimizin məhz qış fəslində müdafiəyə və reabilitasiyaya daha çox ehtiyacı var.

Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar buraxır. Bu məhsulların üzərində "qoruyucu" və "qış üçün" qeydləri olur. Bundan əlavə, kosmetik vasitənin məhz hansı dəri tipi üçün nəzərdə tutulması haqqında olan qeydinə də mütləq fikir vermək lazımdır. Qışda dərimiz tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidirlər. Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki, hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur.

Bəs qış aylarında üzümüzə necə qulluq etməliyik? Hansı vasitələrdən istifadə edərək təbii yolla gözəlliyimizin qeydinə qala bilərik?

Bu sualların cavabını bilmək və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam nəsil" Lider TV-də şənbə günü saat 18:00-da, təkrarı isə bazar günü saat 14:00-dadır.

https://www.youtube.com/c/saglamnesil

https://www.facebook.com/SaglamNesil/?fref=ts

Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/513665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR