Yenilənmiş "Neftçi" Qəbələ sınağında, lider autsayderlə üz-üzə

Yenilənmiş "Neftçi" Qəbələ sınağında, lider autsayderlə üz-üzə
14:22 2 Fevral 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Premyer Liqada XVI tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2017-ci ilin ikinci turunun qarşılaşmaları iki gün davam edəcək.

Əlverişsiz hava şəraiti üzündən iki oyununun yeri dəyişdirilən tur yüksək məhsuldarlıq vəd edir. İlk iki dövrədə ən çox qol məhz bu komandaların duellərində vurulmuşdu. Bu da ilk iki pillədə qərarlaşan komandanın son sıralarda yer alan rəqiblərini sınağa çəkməsi ilə bağlıdır. IV turda 19, X turda 12 qolun qeydə alındığı matçlardan ikisi paytaxtda, ikisi kənarda baş tutacaq.
 
Turun ilk matçında turnir cədvəlinin əks qütblərində qərarlaşan komandalar görüşəcəklər. Çempionatın lideri "Qarabağ" son pillədə qərarlaşan AZAL-ın qonağı olacaq. Son iki qarşılaşmada xal itkisi ilə üzləşən Ağdam təmsilçisi autsayderi də məğlub edə bilməsə, ilk pilləni əldən verə bilər. "Təyyarəçilər" isə qələbə qazansalar, son sıranı tərk edəcəklər.
 
Liderin büdrəməsi "Qəbələ"nin işinə yaraya bilər. "Neftçi" ilə səfərdə görüşməli olan "qırmızı-qaralar" hava şəraiti ilə əlaqədar rəqibini evdə sınağa çəkəcək. İlk iki matçda rəqibini darmadağın edən əyalət klubu liderin büdrəməsindən yararlanıb, zirvəni ələ keçirmək arzusundadır. 4 turdur qələbə nə olduğunu bilməyən paytaxt klubu isə AZAL-ın onları keçməməsi üçün xal əldə etməlidir. Qış fasiləsində heyətini yeniləyib, xeyli güclənən "Neftçi" "Qarabağ"la heç-heçənin ardından liderlər qrupunun daha bir üzvünün qonağı olacaq. Bu dəfə klubun yetirməsi Araz Abdullayev də ilk dəfə doğma komandasına qarşı oynamaq imkanı qazana bilər.
 
İkinci oyun günü "Zirə" və "Kəpəz" arasında matçla start götürəcək. Çempionatın ortababları ilə fərqli start veriblər. Bakılılar mövsümün ikinci yarısına qələbə ilə başladığından qələbənin ardını gətirməyə çalışacaqlar. Evdə oynamalı olan Gəncə təmsilçisi qar üzündən yenidən Bakıda oynayacaq. Ötən tur darmadağına üzülən qərblilər ardıcıl 2 məğlubiyyətdən sonra xal əldə etməyə iddialıdırlar.
 
Liderlərin iki ən yaxın izləyicisi Sumqayıtda qarşılaşacaq. 3-cü pillədə qərarlaşan "İnter" liderlərin büdrəməsini gözləyir. "Kəpəz" üzərində böyükhesablı qələbə ilə liderlərə yaxınlaşan bakılılar bu fərqi daha da azaltmaq əzmindədirlər. "Qəbələ" səfərindən xalla dönən sumqayıtlılar isə həm mövqelərini qorumaq, həm rəqibinə yaxınlaşmaq üçün qalib gəlməlidirlər.
 
Premyer Liqa
XVI tur
 
3 fevral (cümə)

15:00. AZAL - "Qarabağ"
İlk 2 dövrədəki oyunlar: 0:6, 0:1
"AZAL Arena"

17:00. "Qəbələ" - "Neftçi"
İlk 2 dövrədəki oyunlar: 8:0, 4:1
Qəbələ şəhər stadionu

4 fevral (şənbə) 

14:00. "Zirə" - "Kəpəz"
İlk 2 dövrədəki oyunlar: 2:0, 0:2
Zirə İdman Kompleksinin stadionu

16:30. "Sumqayıt" - "İnter"
İlk 2 dövrədəki oyunlar: 1:2, 1:3
Sumqayıt. Şəhər stadionu

1.

Qarabağ

15

10

3

2

27-7

33

2.

Qəbələ

15

9

5

1

31-8

32

3.

İnter

15

7

7

1

25-13

28

4.

Sumqayıt

15

4

6

5

14-19

18

5.

Zirə

15

5

3

7

13-16

18

6.

Kəpəz

15

3

6

6

11-17

15

7.

Neftçi

15

3

1

11

10-31

10

8.

AZAL

15

1

5

9

7-27

8

Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi "Qəbələ")

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR