Avropa Birliyi rouminq ödənişini ləğv edəcək

Avropa Birliyi rouminq ödənişini ləğv edəcək
14:35 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyası Avropa İttifaqı daxilində rouminq ödənişinin tam ləğvi haqda razılığa gəlib. Avropa Komissiyasının vahid rəqəmli bazar məsələləri üzrə komissarı Andrus Ansip deyib ki, 15 iyun tarixindən Avropa sakinləri üçün mobil xidmətlərə görə maksimum ödəniş məhdudlaşdırılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, Avropa Komissiyası rəqəmli məzmun, elektron ticarət və mobil rabitə xidmətləri üçün ödənişi məhdudlaşdırmağa çalışaraq 2015-ci ildən rouminq ödənişinin ləğvi planını reallaşdırmağa çalışır. Gəlir həcminin azalmasından narahat olan mobil operatorlar və məlumatlardan istifadəyə qoyulacaq məhdudiyyətlərdən narahat olan abunəçilər bu ideyaya qarşı sərt müqavimət göstəriblər.

“VentureBeat” nəşri yazır ki, Avropa Komissiyası operatorlar arasında xərclərin bölüşdürülməsi və onların müştəriləri üçün məlumatlardan istifadə limitinin tədricən aradan qaldırılması haqda razılığa gəlib. "15 iyun tarixindən etibarən avropalılar Avropa Birliyi daxilində rouminq ödənişi etmədən səyahət edə biləcəklər".

Beləliklə, 2017-ci ilin 15 iyun tarixindən zənglər, SMS və mobil internet trafiki üçün ödəniş Avropa ölkələrinin sakinləri üçün eyni olacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45814-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR