Baş nazirdən istefa açıqlaması: “Bircə əsgər ölərsə...”

Baş nazirdən istefa açıqlaması: “Bircə əsgər ölərsə...”
14:38 2 Fevral 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın baş naziri Sindzo Abe Cənubi Sudanda BMT missiyasının tərkibində xidmət edən yapon hərbçilərdən birinin öləcəyi, yaxud da yaralanacağı halda istefaya verməyə hazırdır.

Publika.az xəbər verir ki, baş nazir bu barədə parlamentdə çıxış zamanı deyib.

“Ali Baş Komandan kimi, mən buna hazır olmalıyam”, - deyə hökumət başçısı müxalifətdəki Demokrat Partiyasından olan deputatın sualına cavab verərkən söyləyib.

Qeyd edək ki, 2016-cı ilin sonunda Yaponiya BMT missiyasının tərkibində olan özünümüdafiə güclərinin səlahiyyətlərini genişləndirib. Özünümüdafiə gücləri, xüsusi halda, missiyanın digər iştirakçılarının azad edilməsi üzrə əməliyyatlarda iştirak etmək hüququ alıb.

Cənubi Sudanda BMT missiyasının tərkibində 13,7 min hərbi qulluqçu, həmçinin 2 mindən çox könüllü var. Missiyanın tərkibinə 300 yapon sülhməramlısı daxildir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR