"İnter"də borclar tezliklə ödəniləcək - AÇIQLAMA

"İnter"də borclar tezliklə ödəniləcək - AÇIQLAMA
14:42 2 Fevral 2017
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakının "İnter" futbol komandasında ötən iki ayın əmək haqqı tezliklə ödəniləcək. 

Milli.Az xəbər verir ki, AFFA tərəfindən "İnter" futbol klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev "Report"a açıqlamasında məlumat verib.

O bilidirb ki, hazırda "İnter"də vəsaitlə bağlı problem yoxdur: "Klubda struktur dəyişikliyi olub. Bununla əlaqədar həllini tapmalı olan müəyyən texniki məsələlər var. Bu, vaxt aparan prosesdir. Çalışırıq ki, texniki məsələləri ən qısa zamanda həll edək. Ən qısa müddətdə həm 2016-cı ilin dekabr, həm də bu ilin yanvar ayı üçün nəzərdə tutulan əmək haqları ödəniləcək".

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyəti bank tərəfindən "İnter" Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. Bu səbəbdən, AFFA paytaxt təmsilçisinin idarəçiliyini fevralın 1-dən üzərinə götürüb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR