“Google” “Apple”dən baha oldu

“Google” “Apple”dən baha oldu
14:43 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Müstəqil məsləhət şirkəti “Brand Finance”nin nəşr etdiyi "Global 500” adlı hesabata əsasən “Google” dünyanın ən bahalı markasıdır.

Publika.az xəbər verir ki, markanın dəyəri keçən illə müqayisədə 24 artım nümayiş etdirib. Nəticədə 109,5 milyard dollara yüksəlib. Keçən ilki hesabatda “Google”nin marka dəyəri 88,2 milyard dollar idi.

Beləliklə 2011-ci ildən bu yana 6 il üst-üstə dünyanın ən qiymətli markaları siyahısının zirvəsində dayanan “Apple” bu il ikinci sıraya gerilədi. “Google” dəyərinə görə “Apple”ni geridə qoydu. Hesabatda o da qeyd edilir ki, şirkətin reklam gəlirləri keçən ildən 20 faiz yüksəlib.

Digər tərəfdən, hesabatda “Apple”nin marka dəyərinin keçən illə müqayisədə 27 faiz azalaraq 107,1 milyard dollara düşüb. Şirkətin keçən il marka dəyəri 145,9 milyard dollar təşkil edirdi.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/186165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR