Azərbaycanın 3 cüdoçusuna 50 min dollar mükafat verilib

Azərbaycanın 3 cüdoçusuna 50 min dollar mükafat verilib
14:47 2 Fevral 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın 3 cüdoçusuna hərəyə 50 min dollar mükafat verilib.
"Report"un məlumatına görə, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən mükafatlandırılıblar.
Onlar yüksək məbləğdə qazancı öz çəki dərəcələri üzrə İJF reytinqində 2016-cı ilin ilk pillədə başa vurduqları üçün əldə ediblər. R.Orucov İJF-nin rəsmi saytına açıqlamasında deyib: "2016-cı ili ilk pillədə başa vurduğum üçün çox şadam. Ötən il mənim üçün uğurlu oldu. Avropa çempionatında qızıl, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazandım. Bu hədiyyəyə görə İJF prezidenti Marius Vizerə minnətdaram."
Qeyd edək ki, ümumilikdə 14 çəki dərəcəsində reytinq siyahısına başçılıq edən 7 kişi və 7 qadın cüdoçu mükafata layiq görülüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-3-cudocusuna-50-min-dollar-mukafat-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR