BP ilə Gürcüstan Daxili İşlər Nazirliyi yeni anlaşma imzalayıb

BP ilə Gürcüstan Daxili İşlər Nazirliyi yeni anlaşma imzalayıb
14:52 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili BP-nin baş meneceri Kris Şlitteri (Chris Schlitter) qəbul edib. 
“Report” xəbər verir ki, görüşdə Gürcüstan ərazisindən keçən boru kəmərlərinin təhlükəsizliyi məsələləri müzakirə edilib.
Gürcüstan hökuməti ilə BP arasında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Cənub Qaz Dəhlizinin, Qərb boru kəmərinin və ona aid olan Supsa terminalı və onun infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müqavilə imzalanıb.
DİN-in strateji boru kəmərlərinin mühafizəsi departamenti səlahiyyəti çərçivəsində BTC, Supsa terminalı və Bakı-Tbilsi-Ərzurum qaz kəmərinin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün işlər görəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bp-ile-gurcustan-daxili-i-sler-nazirliyi-yeni-anlasma-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR