İtaliyalı rahibələr "möcüzə"li halda hamilə qaldı: "Bu Tanrının lütfüdür"

İtaliyalı rahibələr "möcüzə"li halda hamilə qaldı: "Bu Tanrının lütfüdür"
14:54 2 Fevral 2017
1839 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyada qaçqınları qəbul edən məbəddə 9 rahibə hamilə qalıb. APA TV-nin məlumatına görə, Milandakı qadın məbədi iyul ayında Şimali Afrikadan 5 qaçqını qəbul edib.

 

Rahibələr müharibə və terror zülmündən qaçan şəxslərə yardım etməklə Tanrını məmnun edəcəklərini düşünüblər. Bir müddət sonra məbəddə qayda-qanuna cavabdeh olan baş rahibə anası xəstə olduğu üçün gecələri kənarda keçirmək məcburiyyətində qalıb. Bu vəziyyətdən istifadə edən gənc rahibələr gecələri qaçqınlarla keçirib. Aradan altı ay keçdikdən sonra 9 rahibənin hamilə olduğu ortaya çıxıb.

 

"Giornale İtaliano"ya müsahibə verən rahibələr qaçqınlarla cinsi münasibətlərinin olmadığını iddia edirlər: "Pis bir şey etmədik. Onların sevgiyə və təsəlliyə ehtiyacı var idi. Məryəm də bakirə ikən hamilə qalıb və baş rahibə də bizim kimi onun günahsızlığına inanır. Bizlərə belə möcüzə lütf edildi. Bunun üçün Tanrıya şükür edirik".

 

Qaçqınlardan biri isə rahibələrin dediklərini təkzib edib. "Rahibələrlə çox əyləndik və bütün tanıdıqlarımıza bu yeri tövsiyə edəcəyik. Rahibələrə təşəkkürlər, İtaliyaya təşəkkürlər", - deyə o açıqlama verib.

 

Baş rahibə isə qaçqınlarla münasibəti olan rahibələrin məbəddən uzaqlaşdırılmasını tələb edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR