Azərbaycan nümayəndə heyəti Avronest PA-nın Yerevanda keçirilən sessiyasında iştirakdan imtina edib

11:23 16 Mart 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Ermənistanın paytaxtı Yerevanda Avronest Parlament Assambleyasının (PA) 4-cü sessiyası öz işinə başlayıb. Martın 18-dək davam edəcək sessiya çərçivəsində plenar iclasla bərabər, Büronun və 4 daimi komitənin iclası da keçiriləcək.
Azərbaycan nümayəndə heyəti sessiyada iştirakdan imtina edib. Bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat yayıb.
E.Süleymanov deyib ki, Azərbaycan nümayəndə heyəti 2011-2014-cü illər ərzində davamlı şəkildə Büro iclaslarında Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının işğalçı Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti şəkildə öz etirazını bildirib. Nümayəndə heyətimiz haqlı olaraq öz tələblərində israrlılıq nümayiş etdirib və Avronest PA-nın Yerevanda keçirilən sessiyasında iştirakdan imtina edib.
Azərbaycan nümayəndə heyəti sessiyada iştirakdan imtina etsə də, daimi komitələr üzrə hazırlanmış məruzələrə öz düzəlişlərini irəli sürüb. Bu düzəlişlərin bir çoxu Avronest PA-nın Avropa Parlamentindən olan bir neçə üzvü tərəfindən dəstəklənib. Qeyd olunan bu düzəlişlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və həmin ərazilərin dərhal və qeyd-şərtsiz işğaldan azad edilməsi çağırışları, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələbi və s. öz əksini tapıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_numayende_heyeti_Avronest_PA_nin_Yerevanda_kechirilen_sessiyasinda_istirakdan_imtina_edib-839550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR