Hakim partiyanın ötən il 7 736 859 manat gəliri olub

Hakim partiyanın ötən il 7 736 859 manat gəliri olub
15:13 2 Fevral 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, idarə heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib.

Qeyd olunub ki, 2016-cı ildə YAP-ın gəlirləri 7 736 859 manat olub. Bunun 6 596 979 manatını üzvlük haqları, 1 139 880 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib.

YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 4 000 736 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 514 959 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına və referendum ilə əlaqədar partiya hesabından referendum fonduna köçürmələrə, 162 573 manatı ezamiyyə xərclərinə, 140 623 manatı invertarların alınmasına, 1 919 722 manatı tikinti və təmir işlərinə, 357 980 manatı kommunal və təsərrüfat xərclərinə, 210 755 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 425 manatı bank xidmətinə, 40 581 manatı dəftərxana xərclərinə, 41 645 manatı çap işlərinə, 133 109 manatı isə sair xərclərə sərf edilib.

Beləliklə, YAP-ın cəmi xərcləri 7 582 108 manat təşkil etmişdir. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 8 939 197 manat qalıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR