x
Loading...
.

“Bakı-2015”də çimərlik futbolu üzrə Azərbaycan millisinin hansı qrupda mübarizə aparacağı məlum olub

11:23 16 Mart 2015
210 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 16 mart, Nihat Budaqov, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə qitənin 8 ölkəsinin millisi mübarizə aparacaq. Bunlar Azərbaycan, Rusiya, İspaniya, Portuqaliya, İsveçrə, İtaliya, Ukrayna və Macarıstandır.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 16-da “Fairmont Baku” mehmanxanasında “Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə iştirak edəcək millilərin təqdimat mərasimində məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) prezidenti Fərid Novruzi bildirib ki, idmanın bu növü üzrə milli komandamız hazırda Avropada 12-ci, dünyada isə 18-ci sırada qərarlaşıb.
Sonra “Bakı-2015”də çimərlik futbolu üzrə mübarizə aparacaq ölkələrin hansı qruplarda qərarlaşacağı məlum olub. Belə ki, “A” qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, “B” qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015de_chimerlik_futbolu_uzre_Azerbaycan_millisinin_hansi_qrupda_mubarize_aparacagi_melum_olub-839548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR