AKP-nin ACRE-dən uzaqlaşdırılması təşəbbüsü iflasa uğrayıb

AKP-nin ACRE-dən uzaqlaşdırılması təşəbbüsü iflasa uğrayıb
15:18 2 Fevral 2017
37 Digər
Ölkə mətbuatı
A- A+

Dünən Brüsseldə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of Conservatives and Reformists in Europe - ACRE) Şurasının növbəti toplantısı keçirilib. Toplantıda müzakirə olunan əsas məsələlərdən biri Türkiyədə 15 iyun hadisələrindən sonra baş verən proseslər və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Adalet ve Kalkınma Partisi – AKP) Alyans üzvlüyündən çıxarılması təşəbbüsü ilə bağlı olub.

Öncə Ədalət və İnkişaf Partiyasının Alyans üzvlüyündən çıxarılması ilə bağlı təşəbbüsün müəllifi, Lüksenburq Milli Partiyasının sədri Fernand Kartheiser öz mövqeyini əsaslandırmaq üçün məruzə ilə çıxış edib.

Toplantıda məruzə ilə çıxış edən AKP təmsliçisi, Türkiyənin Avropa İttifaqı naziri Volkan Bozkır 15 iyul hadisələrindən sonra ölkəsində və regionda baş verən proseslər barədə ACRE üzvlərinə ətraflı məlumat verib, FETÖ terror təşkilatının Türkiyə Cümhuriyyətinin mövcudluğu üçün yaratdığı problemlərdən söz açıb, terrorizmə qarşı mübarizədə ikili standartların tətbiqinin yolverilməz olduğunu qeyd edib. Volkan Bozkır AKP-nin Alyans üzvlüyündən çıxarılması ilə bağlı təşəbbüsün əsassız olduğunu vurğulayıb.

Məruzələrdən və məruzə ətrafı çıxışlardan sonra Ədalət və İnkişaf Partiyasının ACRE üzvlüyündən çıxarılması ilə bağlı təklif səsə qoyulub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) da daxil olmaqla 28 siyasi AKP-nin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı üzvlüyündən çıxarılmasının əleyhinə, 8 partiya isə lehinə səs verib. 1 siyasi partiya isə bitərəf qalıb.

Beləliklə, AKP-nin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvlüyündən çıxarılması ilə bağlı təşəbbüs iflasa uğrayıb.

Xatırladaq ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Şurasının Brüsseldə keçirilən toplantısında BAXCP-ni partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Məmmədov təmsil edib.

Alyansın növbəti toplantısı aprelin 7-də Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR