"Nə Abbas, nə Zamiq o sözləri üzümə deməyib" - Sevda

"Nə Abbas, nə Zamiq o sözləri üzümə deməyib" -  Sevda
15:21 2 Fevral 2017
94 Şou
Ölkə mətbuatı
A- A+

"Mən də ailə qurmaq istəyirəm. Ailənin məsuliyyətini artıq dərk edirəm. Xoşbəxt olmaq istəyirəm".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Sevda Yahyayeva deyib.

Bir müddət əvvəl 2017-ci ildə toyu olacağını deyən ifaçı bunla bağlı sualları cavablandırıb:

“Qismət... Hər bir subay xanıma ailə həyatı arzulayıram. Özümə də ən xeyirlisini diləyirəm. Heç vaxt belə mövzularda danışmamışam. Vaxtı gələndə hamı hər şeyi biləcək”.

Bir müddət əvvəl verilişlərin birində ağlayan Sevda "Sizi ilk dəfə idi efirdə ağlayan görürdük" sözlərinə belə cavab verib:

"Yəqin böyüyürəm, həyatı daha çox başa düşürəm. Ad günümdə ARB TV-də veriliş hazırlandı. Dostlarımdan müsahibə almışdılar. Onların dediyi ifadələr məni kövrəltdi. Nə Abbas, nə Zamiq, nə Röya o sözləri mənim üzümə deməyib. İllərdir dostuq, heç biri elə sözlər deməmişdilər. Şükür ki, necə həyat arzulamışamsa, elə də yaşayıram".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR