Azərbaycanda şərabçılığın inkişafı ilə bağlı yeni TƏKLİF

Azərbaycanda şərabçılığın inkişafı ilə bağlı yeni TƏKLİF
15:22 2 Fevral 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkədə şərab məhsulu komponentlərinin istehsalının təşkil olunmasını təklif edir.

Milli.Az xəbər verir ki, Assosiasiya rəhbəri Elçin Mədətovun Trend-ə bildirdiyinə görə, bu addım istehsal olunan məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalmasına imkan verər.

E.Mədətov deyib ki, bizim məhsulun maya dəyəri çox yüksəkdir: "Əl işi və yanacaqdan başqa bütün digər komponentlər - dərmanlar, gübrələr, kənd təsərrüfatı texnikası və ehtiyat hissələri ölkəyə idxal olunur. Dövlət bizə subsidiya ayırır, texnikanı lizinqlə verir, amma bu komponentlərin Azərbaycanda istehsalını təşkil etmək daha məqsədəuyğun olardı".

E.Mədətovun sözlərinə görə, Azərbaycan ərazisində komponentlərin istehsalı və bunun nəticəsində maya dəyərinin azaldılması Azərbaycan məhsullarının rəqabətqabiliyyətliliyini əhəmiyyətli dərəcədə artımağa imkan verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR