Rumıniyanın ticarət naziri hökuməti xəyanətdə günahlandırıb

Rumıniyanın ticarət naziri hökuməti xəyanətdə günahlandırıb
15:32 2 Fevral 2017
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Rumıniyanın ticarət və sahibkarlıq naziri Florin Jianu son 28 il ərzində ən böyük milli etirazlar fonunda vəzifəsindən ayrıldığını açıqlayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, postundan ayrılan nazir ölkə hökumətinin tərəfdarlarına xəyanət etdiyini bildirib. O, "Facebook" səhifəsində etik səbəblərə görə istefa verdiyini yazıb.
Qeyd edək ki, dünən minlərlə Rumıniya vətəndaşı hökumətin dövlət xəzinəsinə azı 200 min ley (47,5 min dollar) ziyan vuran korrupsiyaya qurşanmış məmurları cinayət məsuliyyətindən azad etməsi qərarına etiraz əlaməti olaraq küçələrə aksiyaya çıxıb. Buna cavab olaraq, polis gözyaşardıcı qazdan istifadə edib. Məlumata görə, qarşıdurma zamanı iki nümayişçi və iki polis məmuru yüngül yaralanıb.
Rumıniya hökuməti rüşvətxor məmurların cəzalarının yüngülləşdirilməsinin və kiçik müddətə məhkum edilmiş şəxslərin amnistiyaya düşməsini bunun həbsxanaların dolması probleminin həllinə yardım göstərəcəyi ilə izah edib. Dəyişikliklərin əleyhdarları isə əfv olunanlar arasında korrupsiyaya görə məhkum edilmiş nüfuzlu siyasətçilərin ola biləcəyini düşünürlər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ruminiyanin-ticaret-naziri-hokumeti-xeyanetde-gunahlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR