Ev və satış köşkü kül oldu

Ev və satış köşkü kül oldu
11:26 16 Mart 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gecə Balakən rayonunda 2 yanğın hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində 2 mərtəbəli ev və köşk yanıb.

Rayon sakini Məhəmməd Bazarova məxsus 2 mərtəbəli, 140 km. Sahəsi olan ev yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını cəlb olunub.

Yanğınsöndürənlər hadisə yerinə çatana qədər ev yanaraq külə dönüb.

Digər hadisə isə rayon mərkəzindəki satış köşkündə qeydə alınıb. Ramiz Abdullayevə məxsus satış köşkü yanaraq kül olub.
Mənbə
ANS PRESS: Xatirə Əkbərov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=332068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR