NASA-dan Yer üçün QORXUNC ANONS: 25 gün sonra... - FOTO/VİDEO

NASA-dan Yer üçün QORXUNC ANONS: 25 gün sonra... - FOTO/VİDEO
15:38 2 Fevral 2017
2078 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kosmos haqqında araşdırmaçıların iddialarına görə, Yer kürəsinə yaxın zamanlarda bir asteroid çırpıla bilər. İddialara görə, 66 milyon il bundan əvvəl Yer kürəsinə 2 asteroid çırpılıb. Bu toqquşma nəticəsində planet üzərindəki dinozavrlar tamamən məhv olub.

Musavat.com xəbər verir ki, dünyanın daha bir asteroidlə toqquşa biləcəyi ilə bağlı yeni bir iddia var və bunun olduqca yaxın bir zamanda - 25 fevral 2017-ci ildə, yəni təxminən 25 gündən sonra reallaşması gözlənilir.

Günümüzden tam 66 milyon yıl önce Dünyamıza bir değil iki asteroid birden çarpmıştı bildiğimiz gibi.

Planetimizi təhdid edən son asteroid NASA tərəfindən “2016 WF9” olaraq adlandırılır. NASA-nın açıqlamasına görə, bu kosmik cismin fevralın 25-də dünyaya çox yaxın məsafədən keçməsi gözlənilir. Kosmosun olduqca dərin olduğunu göz önünə alsaq, asteroidin hər nə qədər yaxınından keçəcəyi deyilsə də, o məsafə insanlara görə xeyli uzaqdır. İddiaya görə, bu asteroid fevralın 25-də Yer kürəsinin 51 milyon kilometr uzaqlığından keçəcək.

İşte Dr. Zakharovich de, söz konusu asteroidin Nibiru'dan geldiğini ve NASA'nın dediğinin aksine Dünya'nın yakınından geçmeyerek direkt olarak gezegenimize çarpacağını savunmakta.

NASA bu mövzuda fikir bildirərək, qorxacaq bir şey olmadığını və asteroidin Günəş sisteminin içindən deyil, xaricindən gəldiyini deyib. NASA-nın açıqlamalarına baxmayaraq, daha qorxunc iddialara sahib olan elm insanları da var. Bu elm insanlarından ən məşhuru professor Dyomin Damir Zaxaroviçdir.

D.Zaxaroviç NASA-nın söylədiklərinin əksini söyləyir. O, asteroidin planetimiz üçün olduqca təhlükəli olduğunu və ciddi tədbirlərin alınmasını vacib sayır. D.Zaxaroviçin iddiasına görə, “2016 WF9” kosmosun dərinliklərindən gələn bir asteroid deyil. Bu kosmik cisim Günəş sisteminə aid və hələ tam olaraq, kəşf edilməyən bir planetdən gəlir.

“Nibiru” və ya “Planet X” olaraq adlandırılan bu sirli planetin dünyada yaşanan bir çox fəlakətin də səbəbkarı olduğu düşünülür. Bunun səbəbi isə “Nibiru”nun nizamsız bir planet olması iddiasıdır.

Gezegenimizi tehdit eden son asteroid, NASA tarafından 2016 WF9 olarak adlandırılıyor.

Daxili qatlarında çox sıx bir enerji axını olan “Nibiru” planeti dünyamıza yaxınlaşdıqca, nüvə axışını poza biləcək qədər yüksək cazibəyə sahibdir. 1996-ci ildən dünyaya yaxınlaşmağa başlayan “Nibiru” o ildən bəri meydana gələn bütün zəlzələlərin və digər təbii fəlakətlərin də səbəbkarı da ola bilər.

Professor D.Zaxaroviç NASA-nı yalan məlumat yaymaqda günahlandırır və bu təhlükə haqqında ciddi anonslar verir: "NASA hər zaman yalan söyləyir. Əlimizdə məlumatlar var və bu məlumatları araşdırdığımızda “WF9”-un “Nibiru”dan gəldiyini və planetimizə çırpılacağını görürük. Bu təhlükədən NASA-nın da xəbəri var. Hətta çırpılmanın nə vaxt və harada olacağını da bilərlər. Asteroid toqquşmasından xilas olmağın mümkünlüyünü bilmirəm. Ancaq bu, “Nibiru”nun bizə verəcəyi zərərlərdən yalnız biri olacaq. Böyük bir təhlükə qarşısındadyıq".

Dünyamıza asteroidin çırpılmasını çox aşağı səviyyədə bir ehtimal olaraq, düşünən digər alimlər onun Yupiterə çırpılacağını iddia edirlər. Çünki Yupiter sahib olduğu cazibə qüvvəsi ilə Günəş sistemi üçün bir qoruyucu funksiyasını icra edir.

Ancaq alimlərin tarixə dayalı araşdırmalarının nəticələrinə görə, Yupiter hər nə qədər güclü cazibə qüvvəsi ilə bir çox asteroidi Günəş sistemindən uzaq tutsa da, bəzi hallarda bunu bacarmaya da bilər. Məsələn, Yer öz oxu ətrafında döndüyü zaman və Yupiter orbitin digər tərəfində olduqda, asteroid Günəş sisteminə girə və planetlərlə toqquşa bilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/186176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR