Dünya iqtisadiyyatı staqflyasiya astanasındadır

Dünya iqtisadiyyatı staqflyasiya astanasındadır
15:42 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Qlobal iqtisadiyyat staqflyasiya riski ilə üzləşib. Belə ki, dünya üzrə inflyasiya dərəcəsi analitiklərin proqnozlarını üstələdiyi halda, iqtisadi artım gözləntiləri sabit qalmağa davam edir. 
"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat "Bloomberg" agentliyi tərəfindən aparılan təhlilə əsasən yayımlanıb. 
Agentliyin təhlilinə görə, hazırda real qiymət artımını ölçən inflyasiya indeksi "Citi İnflation Surprise İndex" son 5 ildən də çox müddətin maksimal həddinə çatıb. Analitiklər aşağıdakı qrafikə əsasən iqtisadi artım sürətinin azalacağını, inflyasiyanın isə artaraq qlobal staqflyasiyanın baş verəcəyini proqnozlaşdırırlar. Nəticədə, işsizliyin kəskin artması da gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dunya-iqtisadiyyati-staqflyasiya-astanasindadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR