Sevinc və Sevilin Moskva konsertindən fotolar

Sevinc və Sevilin Moskva konsertindən  fotolar
15:46 2 Fevral 2017
131 Şou
Ölkə mətbuatı
A- A+

Müğənnilər Sevil və Sevinc Səfərovanın Moskavada planlaşdıran konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, “Korolevski” zalda keçirilən “Sevdiyim adam” adli konsertin aparıcısı Nəsib Nur olub. Əkizlər 750 nəfərlik konsert səhnəsində klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun rəhbərliyi ilə sevilən mahnılarını səsləndiriblər.

İki hissədən ibarət olan gecənin xüsusi qonağı müğənni Elton Hüseynəliyev olub. İfaçı gecədə mahnılar oxuyub. Daha sonra müğənni Nuri Sərinləndirici “O gözəl xanımdır” adlı mahnısını Sevil və Sevinclə duet şəklində səsləndirib. S.Səfərovalar gecədə iki libas dəyişiblər. Konserti izləməyə gələnlər arasında iş xanımı Ruhi Əliyeva, müğənnilər Jane, Jeyla, Əhməd Mustafayev, "A glamour"  moda evinin direktor Afa İsmayılzadə, aparıcı Lamiyyə Ələkbərova yer alıb.

Əkizlərin prodüseri tarix Əliyev kosnertin sonunda göz yaşını saxlaya bilməyib.














Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR