“Kəpəz” rəhbərliyi klubun rəsmi saytı vasitəsiylə azarkeşlərinə müraciət ünvanlayıb. Fanat.Az xəbər verir ki, bu, Premyer Liqanın 16-cı turu çərçivəsində baş tutacaq “Zirə”ylə oyuna görədi.
Belə ki, oyunun Gəncədə yox, Bakıda keçirilməsinə qərar veriləndən əvvəl biletlərin müəyyən hissəsi satılmışdı. Saytda yer alan məlumatda öncədən bilet alan azarkeşlərin növbəti ev oyununda istifadə edə biləcəyi vurğulanıb. Başqa sözlə, fevralın 12-də reallaşacaq “Kəpəz” – “Qarabağ” oyununa “Kəpəz” – “Zirə” matçı üçün nəzərdə tutlmuş biletləri təqdim edərək stadiondan baxmaq mümkün olacaq.
Fanat.Az