Ata Cavadov baş katibə minnətçi düşdü - ÖZƏL

Ata Cavadov baş katibə minnətçi düşdü  - ÖZƏL
16:17 2 Fevral 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

“Sumqayıt”dan ayrılan Vaqif Cavadovun klubsuz qaldığını bilirsiz. Fanat.Az-a verilən məlumata görə yerli futbolsevərlərin ən sevdiyi oyunçulardan sayılan Vaqifin gələcək karyerasının sual altına düşməsinin əsas səbəbi AFFA-nın baş katibi Elxan Məmmədovun futbolçuya süni maneə yaratmasıdı.


Vaqifin atası Füzuli Cavadov  “Neftçi”, “Sumqayıt” və “Kəpəz”in ardından “İnter”i də kurasiyasına keçirən baş katibə minnətçi düşüb. Görüş zamanı ata Cavadov oğluna qarşı edilən haqsızlığın səbəbini öyrənmək istədiyini söyləyib. Füzuli bəy dekabrda “Neftçi”nin çalışdırıcısı Elxan Abdullayevlə də danışıb. Abdullayev Vaqif mövzusunda söz sahibi olmadığını vurğulayaraq, onu komandaya götürə bilməyəcəyini deyib. Gördüyünüz kimi, çalışdırıcının özü də “Sumqayıt”dan Elxan Məmmədovun adamı Kamran Quliyev tərəfindən uzaqlaşdırılan yarımmüdafiəçinin “gülləsinin hardan atıldığını” bildirib.

 

 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ata-cavadov-ba-katib-minntci-dudu-t56007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR