İslamiadaya qatılacaq könüllülərə ali məktəblərdə güzəşt edilməyəcək

İslamiadaya qatılacaq könüllülərə ali məktəblərdə güzəşt edilməyəcək
16:17 2 Fevral 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək könüllü tələbələrə ali təhsil müəssələrində hər hansı güzəşt olmayacaq. 
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov bildirib. O deyib ki, müxtəlif yarışlarla əlaqədar bəzi məkanlardakı təhsil müəssisələrinin proqramında dəyişiklik edilə bilər: "Tələbələr arasında könüllülərinin olması bizi sevindirir. Düşünmürəm ki, könüllülərin ali təhsil müəssisələrində güzəştlərə ehtiyacı var. Belə halla rastlaşmamışıq. Biz öz ali təhsil müəssisələrimizə, tələbələrimizə, könüllülərimizə arxalanmalıyıq".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları bu il mayın 12 - 22-də Bakıda keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiadaya-qatilacaq-konullulere-ali-mekteblerde-guzest-edilmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR