Mahsundan sərt sözlər: "Namussuz, şərəfsiz, əxlaqsızların acığına..."

Mahsundan sərt sözlər: "Namussuz, şərəfsiz, əxlaqsızların acığına..."
16:22 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Rejissor, müğənni Mahsun Kırmızıgül haqqında yayılan şayiə və tənqidlərə video ilə cavab verib.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, o, xüsusən "Vəzir barmağı" filminin PKK ilə əlaqələndirilməsinə münasibət bildirib.

Türkiyənin ən prestijli universitetlərindən olan İstanbul Teknik Universitetini bitirib musiqi karyerasına başlayan və uğurlu yaradıcılıq illərinin ardından yolunu dəyişərək rejissorluğa keçdiyini deyən Mahsun "hər nə etmişəmsə, millətim, xalqım, Türkiyəm üçün etmişəm" deyib.

"Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə haqqımda yazılanlar məni çox kədərləndirir. Mən heç zaman ortaya atılıb haqqımda gedən xəbərlərlə bağlı hay-küy salmamışam və aldığım tərbiyə də buna yol verməz. Amma artıq bu barədə bir açıqlama vermək məcburiyyətində qaldığımı anladım. Bir neçə aydır mənə əsassız yerə böhtanlar atıb, qaralamağa çalışırlar. Film hələ təqdim olunmadan onun Osmanlı dövrünü və islamı pislədiyini, onu izləməyə gələnlərin biletə verdiyi pulun Türkiyə üçün güllə şəklində PKK-ya getdiyini söyləyiblər. Belə bir yalan və böhtan ola bilərmi? Halbuki, mən "PKK", "İŞİD", "FETÖ" kimi bütün terror qruplaşmalarını qınamışam, lənətləmişəm və öldürən nə varsa, onun yanında yer almamışam".

Rejissor ona böhtan atanlara sərt reaksiya verib.

"MƏNƏ "VƏTƏN XAİNİ" DAMĞASI VURDULAR, BUNU DEYƏNLƏR ALÇAQDIR".

"İndi utanmadan deyəcəklər ki, filmi izlənsin deyə, açıqlama verir. Mən bu açıqlamanı ona görə verirəm ki, filmimə haqsız yerə 15 yaş həddi qoydular. Reklam üçün asdığımız afişalar qadağan olunub çıxarıldı. Bəzi bələdiyyələr tərəfindən filmimə senzura qoyuldu, hər cür qaralama və böhtan kompaniyaları aparıldı və mənə "Vətən xaini" damğası vurdular. Bunu deyənlər alçaqdır. Mənə bu böhtanları atan namussuz, şərəfsiz, əxlaqsızların acığına bundan sonra edəcəyim layihələrimlə bu ölkə üçün xidmət etməyə davam edəcəyəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/513699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR