Ən çirkli göllər

Ən çirkli göllər
16:23 2 Fevral 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

“Yasamal gölü çiriklənmiş, Böyükşor, Masazır, Kürdəxanı, Xocahəsən, Bül-bülə, Qırmızıgöl çox çirkli göllərə aid edilib”.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 2016-cı il üzrə hesabatında öz əksini tapıb.

Hesabatda bildirilib ki, Kür çayı suyunun keyfiyyəti əsasən yuxarı və aşağı axınlarında pisləşir. Bunun səbəbi yuxarı axında Gürcüstan ərazisindən axıdılan transsərhəd çirkləndiriciləri, aşağı axında isə Araz çayının tökülməsi və çay boyunca yerləşən yaşayış məntəqələrindən, xüsusən də Şirvan və Salyan şəhərlərindən axıdılan sənaye və məişət çirkab sularıdır. Bu ərazidə suyun keyfiyyəti mülayim çirklənmiş su sinfinə aiddir. Aşağı axında Zərdab və Surra məntəqələrində nisbətən zəif çirklənmə səviyyəsi müşahidə olunur. Bu da həmin məntəqələr boyunca qeyd edilən ərazidə çaya axıdılan çirkləndiricilərin miqdarının azalması ilə bağlı olub.

“Böyük Qafqazın Cənub yamaclarından axan çaylar əsasən kənd təsərrüfatı çirkab suları ilə çirklənməyə məruz qalsa da il ərzində Qanıx çayında Əyriçayın mənbəyindən 1.7 km aşağıda, Balakənçay, Talaçay, Əyriçay, Katexçay, Dəmiraparançay, Kürmükçay, Göyçay, Türyançay və Qarasu çaylarında özünütəmizləmə aktiv olduğundan çox zəif çirklənmə səviyyəsi müşahidə edilib. Bu çayların suyu təmiz su sinfinə aid olub.

Böyük Qafqazın Şimal-Şərq yamaclarından axan çaylar- Qusarçay (Quzun kəndi ərazisində), Qudyalçay, Qaraçay, Vəlvələçay (Təngəaltı kəndi ərazisində) çaylarının çirklənmə səviyyəsi çox zəif olub. Bu çaylar təmiz su sinfinə aid edilib.

Kiçik Qafqaz regionunun çayları- Ağstafaçay, Qabırrı çayı, Tovuzçay, Şəmkirçay, Kürəkçay çayları (Qoşqarçay istisna olmaqla) mülayim çirklənməyə məruz qalıb. Qoşqarçayın çirklənməsində isə Daşkəsən şəhərinin kommunal-təsərrüfat, məişət çirkab suları və zəylik alunit–filiz kombinatının, Daşkəsən filiz zənginləşdirmə kombinatının tullantı suları böyük rol oynadığından bu çay çirklənmiş su sinfinə aid edilib. Ağstafaçayda aparılan müşahidələr göstərib ki, Qazax şəhəri ərazisində çayın çirklənmə səviyyəsi mülayim çirklənmiş su sinfinə aiddir”.

Bundan başqa, hesabatda vurğulanıb ki, Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilib. Monitorinqlərin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarında biogen maddələrin, həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların YVQH-dən dəfələrlə artıq olması müşahidə edilib. Bu çayların çirklənməsinə Gürcüstan və Ermənistan ərazilərindən məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılması səbəb olub. Belə ki, Ağstafaçayda fenollar 2.5, Ağstafa su anbarında isə fenollar 1.2 dəfə YVQH-ni keçib. 2016-cı il ərzində aparılan monitorinqlərin nəticələrinin orta aylıq gostəricilərinə görə fenollar Araz çayı üzrə Horadiz müşahidə məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə müşahidə məntəqələrində isə 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,94–7,88 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Lənkəran - Astara zonasının çayları- İstisu çayı və Viləşçay mülayim çirklənmiş, Təngərud və Lənkərançay, həmçinin süni sututarları- Ağstafa və Şəmkir su anbarlarında suyun keyfiyyəti mülayim çirklənmiş, Mingəçevir və Ceyranbatan su anbarlarında suyun keyfiyyəti təmiz su sinfinə aid edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/186181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR