Azərbaycanda 620 min hektarda payızlıq buğda əkilib

Azərbaycanda 620 min hektarda payızlıq buğda əkilib
16:32 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda əkin sahələrində payızlıq taxıl bitkilərinin əkini aparılır. "Report"un Kənd Təsərrüfatı Nazirliyindən əldə etdiyi məlumata görə, 2017-ci il yanvar ayının 1-nə kimi ölkədə 960 min hektar sahədə payızlıq bitkilər əkilib.
Belə ki, əkin aparılan sahənin 620 min hektarını buğda, 340 min hekatını isə arpa məhsulu təşkil edir.
Qeyd edək ki, regionlarda tarlalarda əkin prosesi hələ davam etdirilir.
Yaxın zamanlarda isə yazlıq əkinin aparılması nəzərdə tutulub.  

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-620-min-hektarda-payizliq-bugda-ekilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR