Ukraynada 11,5 mindən çox Azərbaycan vətəndaşı təhsil alır

Ukraynada 11,5 mindən çox Azərbaycan vətəndaşı təhsil alır
16:32 2 Fevral 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Kiyev. 2 fevral. REPORT.AZ/ Ukraynanın ali təhsil müəssisələrində 2016/2017 tədris ili etibarilə 11627 Azərbaycan vətəndaşı təhsil alır.
Bu barədə "Report"a Ukrayna Təhsil və Elm Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Avropa İnteqrasiyası İdarəsindən bildiriblər.
İdarədən həmçinin qeyd edilib ki, Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının sayı ildən ilə artır. Son 3 ildə Ukraynanın ali təhsil müəssisələrində oxuyan tələbələrin sayı belədir:
2013/2014 tədris ili - 9468 nəfər, onlardan 72-si hazırlıq kursunda (h/k);
2014/2015 tədris ili - 10 090 nəfər, onlardan 26-sı h/k;
2015/2016 tədris ili - 10 529 nəfər, onlardan 39-u h/k.
Ukrayna Təhsil Nazirliyindən onu da bildiriblər ki, Ukrayna universitetlərinin diplomlarının Azərbaycanda tanınmaması ilə bağlı azərbaycanlı tələbələrdən heç bir rəsmi şikayət daxil olmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/ukraynada-11-5-minden-cox-azerbaycan-vetendasi-tehsil-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR