Azad Rəhimov Azərbaycan Qran Prisinə qatılacaq müğənnilərin qonorarlarından danışıb

Azad Rəhimov Azərbaycan Qran Prisinə qatılacaq müğənnilərin qonorarlarından danışıb
16:32 2 Fevral 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisi çərçivəsində təşkil olunacaq konsert proqramına yenə dünyaca məşhur müğənnilər dəvət edilib. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.   
O bildirib ki, həmin müğənnilərə ayrılacaq vəsait müxtəlif olacaq: "Bu, dəvət olunacaq ulduza baxır. Qiymətlər müxtəlifdir. Eləsi var 3 minə gəlir, eləsi də var 300 minə. Ona görə də dəqiq rəqəm söyləmək mümkün deyil". 
Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-qran-prisine-qatilacaq-mugennilerin-qonorarlari-ferqli-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR