"Övladlarımı ondan uzaq tutacam" - İzzət

"Övladlarımı ondan uzaq tutacam" -  İzzət
16:36 2 Fevral 2017
291 Şou
Ölkə mətbuatı
A- A+

"ARB TV"nin "Gəlin danışaq" verilişinin növbəti qonağı müğənni İzzət Bağırov olub. 

Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkələrdən danışıb.

O bildirib ki, İnstaqramın fəal istifadəçisidir:

"İnstagramı məcburiyyət qarşısında qalıb açmışam. Gördüm ki, mənim adımdan saxta səhifələr açılır. Dostlarım da dedi ki, konsertin olacaq, aç və o haqda paylaşımlar et. Düşündüm ki, açaram konsertdən sonra bağlayaram. Amma bağıamadım, öyrəşdim. Səhifəmdə 70 min adam var, onun 50 minini tanıyıram, bilirəm ki, kimlərdir".

İ.Bağırov övladlarının onun yolunu davam etdirməsini istəmədiyini deyib:
 
"Qətiyyən istəmirəm ki, onlar müğənni olsunlar. Çalışdığım qədər onları uzaq tutacam, bununla mübarizə aparacam. Bu sənətlə tanınıb çörək qazanmışam. Amma istəmirəm ki, mənim keçdiyim çətin yollardan keçsinlər".

İfaçı hazırda şou-biznesdə baş verən dəyişikliklərdən söz açıb:

"Əvvəl hər şey fərqli idi. İnsanı səsinə görə sevirdilər. Amma indi maşınla işıqforda dayananda səni görən ilk öncə maşınına baxır, sonra nömrəsinə... İndi bu şeylər qabaqlayır, diqqət edirlər. Efirdə güdürlər ki, kim nə deyəcək, nə geyinəcək, kimə söz atacaq".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR