Sürücülər bunu edərsə vampirlər PEYDA OLACAQ - FOTO

Sürücülər bunu edərsə vampirlər PEYDA OLACAQ - FOTO
16:38 2 Fevral 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

Faraların narahatedici işıqlarına qarşı yeni üsullar tapılıb.

Publika.az xəbər verir ki, bəzi Çinli ixtiraçılar digər sürücü və sərnişinləri narahat edən fara işıqlarının qarşısını almaq üçün tapdıqları üsul xeyli maraqlıdır. Belə ki, onlar avtomobilin arxa şüşəsinə vurmaq üçün yapışqan etiketlər (stikerlər) hazırlayıblar.

Bu etiketlərdə isə əsasən hollivud və Asiya filmlərindəki qadın vampirlərin görüntüləri əks olunub.

Onlar qaranlıqda diqqət çəkmir. Lakin güclü işıq qarşısında çox parlaq görünür. Çinin internet mağazalarında artıq onların satışına başlanılıb. Qiyməti 3-18 dollar arası dəyişir.

Çinin bəzi əyalətlərində isə yol polisi avtomobillərdə bu stikerlərdən istifadəni qadağan edib. Pekində bununla bağlı qadağa olmasa da, qorxulu şəkillərə görə sürücülərin məsuliyyət daşıdığı da bildirilir.

Gülxar




Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/186188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR