“Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün uzlaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib

“Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün uzlaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib
17:07 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) uzlaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib. 
Bu barədə “Report”a Fondun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, "dəyirmi masa"da MHŞT üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberg, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Naveed Hasan Naqvi, ÇQ üzvləri, MSŞA üzrə QHT Koalisiyasının üzvləri, MHŞT üzrə Hökumət Komissiyasının üzvləri, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Təbii Resursların İdarə olunması İnstitutu və ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin nümayəndələri iştirak ediblər.
“Dəyirmi masa” da “MHŞT-nin uzlaşdırılması” (EITI Mainstreaming) konsepsiyasının ictimaiyyətə çatdırılması, ölkədə Təşəbbüsün tətbiqində bütün maraqlı tərəflərin bir yerə toplanması və bu konsepsiyanın tətbiqinin ölkəyə gətirəcəyi faydalar barədə müxtəlif müzakirələr aparılıb.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/meden-hasilati-uzre-seffafliq-tesebbusunun-uzlasdirilmasi-movzusunda-deyirmi-masa-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR