Oğlu tərəfindən yandırılan atanın digər oğlu - Tanınmış şəxsdir

Oğlu tərəfindən yandırılan atanın digər oğlu - Tanınmış şəxsdir
17:18 2 Fevral 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün 31 yaşlı oğlu İlyas Mehdiyev tərəfindən üstünə benzin tökülərək yandırılan İmdad Mehdiyev Əfv etmə komissiyasının üzvü, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Mehdi Mehdiyev BakiPost.az-a açıqlama verib və həyatını itirən şəxsin atası olmasını təsdiqləyib. Bildirib ki, evdə baş verən yanğınla bağlı bir neçə ehtimallar var:

"Mənə gecə zəng etdilər. Dedilər, evdə yanğın var. Mən çatana kimi ev demək olar ki, yanıb qurtarmışdı. 2 yanğınsöndürən maşın gəlmişdi. Həmin gün də qaz kəsilibmiş, odun sobası yandırıbmışlar. Ola bilsin ki, köz düşüb, yanğın çıxıb. Bundan başqa, rəhmətlikdə astma var idi. Şübhələrimdən biri də odur ki, yerini ehtiyatsız ediblər, tüstü boğazını tutub, boğulub. Ekspertizadan da gəlmişdilər. Evdə baş verən yanğının nədən baş verdiyini müəyyən edəcəklər. Hazırda yanğının səbəbi araşdırılır”.

M.Mehdiyev qardaşının atasının üstünə benzin tökərək yandırması barədə yayılan xəbərlərə də münasibət bildirib:

"Gülünc məsələdir. Elə hadisə ola bilməz. Qohum-əqrəbayla da söhbət edirik, hamının gözü-kəlləsinə çıxır ki, bu necə olan söhbətdir, haradan çıxır bu xəbərlər. Hər halda prokurorluq da, polis də, FHN də gəlib evə baxıb. Meyitin özü də morqda müayinədən keçib. Nəsə olsaydı mütləq üzə çıxarardılar”.

Xatırladaq ki, Sabunçu rayonunda evdə yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub. Report.az-ın yaydığı məlumatlarda bildirilir ki, İ.Mehdiyevi oğlu 31 yaşlı İlyas Mehdiyev üstünə benzin tökərək yandırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR