İngiltərə Mərkəzi Bankı da uçot dərəcəsini dəyişməyib

İngiltərə Mərkəzi Bankı da uçot dərəcəsini dəyişməyib
17:22 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (BoE) bu gün, fevralın 2-də keçirdiyi iclasında monetar siyasətin əsas parametrlərini dəyişməmək qərarına gəlib. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, BoE uçot dərəcəsini 0,25% səviyyəsində sabit saxlayıb. 
Bununla yanaşı, Bank maliyyə bazarlarından aktivlərin alınması üsulu ilə monetar genişlənmənin illik həcmini də dəyişdirməyərək 435 mlrd. funt sterlinqdə (550 mlrd. ABŞ dolları) saxlayıb.
Qeyd edək ki, BoE-nin qərarı bazar iştirakçılarının proqnozları ilə eyni olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-ngiltere-merkezi-banki-da-ucot-derecesini-deyismeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR