“5G” sənayedə yeni sahələr yaradacaq

“5G” sənayedə yeni sahələr yaradacaq
17:35 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Qualcomm Technologies” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) dünya iqtisadiyyatına və sosial sahəyə təsirini əks etdirən “5G Economy” tədqiqatının nəticələrini dərc edib. Bu, “IHS Market”, “PSB” şirkətlərinin və Kaliforniya “Tusher Center” biznes məktəbinin professoru və “Berkeley Research Group” şirkətinin baş icraçı direktoru Devid Tisin birgə hesabatıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “Telecom Daily” resursuna istinadən yazır ki, “Qualcomm”un baş direktoru Stiv Mollenkopfun sözlərinə görə, tədqiqatçılar bizim “5G”-nin oyun qaydalarını tam dəyişəcəyi ilə bağlı qəti əminliyimizi təsdiq ediblər. “Biz “LTE” şəbəkəsinin potensialını açmaq, sahə liderləri ilə əməkdaşlıq etmək, növbəti nəsil simsiz rabitə standartı haqqında bir sıra təşəbbüslər irəli sürmək, eləcə də “5G”-ni reallığa çevirəcək bəzi əsas texnologiya və əlavələr yaratmaq üçün böyük səy göstərmişik”, - o bildirib.

Hesabata görə, “5G”-nin təşəkkülü ilə mobil texnologiyalar istehlak sektoru, energetika və maşınqayırma kimi baza infrastrukturları üçün əsas olacaq, yeni sənaye sahələrinin və yeni iqtisadiyyatın yaranmasına gətirib çıxaracaq. “5G” yeni texnologiya uyğunluğu və insanları bütün qurğulara qoşan vahid şəbəkə yaratmağa imkan verəcək.

D.Tis bildirib ki, “5G” ilə mobil texnologiyalar istehlak sənayesi sahəsinə daxil olaraq texnologiyaların cəmiyyətə uzunmüddətli təsirini təmin edəcək və onilliklər ərzində iqtisadi artımı davam etdirəcək.

Tədqiqatın nəticələrinə görə, “5G”-nin iqtisadi potensialının dünyada tam həyata keçiriləcəyi 2035-ci ildə geniş spektrli sahələr - pərakəndə satışdan tutmuş, təhsilədək, nəqliyyatdan tutmuş, əyləncə sahəsinədək “5G” sayəsində 12,3 trilyon dollarlıq məhsul və xidmətlər istehsal edə biləcək.

2035-ci ildə “5G”-dən əldə olunan qazanc 3,5 trilyon dollar təşkil etməklə 22 milyon iş yeri yaradılacaq. Vaxt ötdükcə - 2020-2035-ci illərdə “5G” dünya ümumi daxili məhsulunun (ÜDM) ümumilikdə 3 trilyon dollar məbləğində real artımını stimullaşdıracaq ki, bu da hazırkı dollar məzənnəsi ilə Hindistanın dünya iqtisadiyyatına töhfəsinə bərabərdir.

“PSB” tərəfindən keçirilən iqtisadi tədqiqatı tamamlayan sorğu təsdiq edib ki, dünyada biznes sahəsi üzrə qərarlar qəbul edən nümayəndələr və ictimai fikir liderləri “5G”-nin cəmiyyət və iqtisadiyyat üçün faydalı islahatlara xidmət edərək yeni məhsullar və xidmətlər yaratmağa, məhsuldarlığı artırmağa və yeni sənaye sahələri formalaşdırmağa imkan verəcəyini gözləyirlər. Rəyi soruşulan 3500 respondentin 90 faizindən çoxu “5G”-nin hazırda mövcud olmayan yeni məhsul, xidmət və istifadə variantlarının yaranmasını mümkün edəcəyinə inandığını bildirib.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45830-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR