Bakı sərnişin avtobusları toqquşub, xəsarət alanlar var

Bakı sərnişin avtobusları toqquşub, xəsarət alanlar var
17:37 2 Fevral 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda iki sərnişin avtobusu toqquşub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində 178 nömrəli marşut xətti üzrə hərəkət edən avtobus dayanacaqda dayanıb. Arxadan yüksək sürətlə hərəkət edən 40 nömrəli avtobus ona çırpılıb.
Hadisə nəticəsində 40 nömrəli avtobusda olan 4 nəfər xəsarət alıb. Onlardan üç nəfəri ambulator yardım alaraq evə göndərilib.  44 yaşlı Teymurova Gülpəri isə ağır xəsarət aldığından xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sernisin-avtobuslari-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR