Cocuq Mərcanlıda daha bir infrastruktur qurulur

Cocuq Mərcanlıda daha bir infrastruktur qurulur
17:47 2 Fevral 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aztelekom" MMC dövlət rabitə operatoru Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun bərpası ilə məşğul olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə özəl olaraq ölkə telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, bərpa işləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Bu işlər çərçivəsində işğaldan azad olunmuş kəndə rabitə xidmətləri çatdırılacaq.

Qeyd olunub ki, bu istiqamətdə görüləcək işlər bərpa prosesi ilə məşğul olan strukturlar tərəfindən əlaqələndiriləcək.

Şirvan-Füzuli marşrutu ilə qoyulan optik kabel "Böyük qayıdış" layihəsi çərçivəsində Horadiz şəhərinə çatdırılmışdı. Bu layihənin davamı kimi kabelin Zəngilan, Qubadlı, Cəbrayıl və Laçın rayonlarına uzadılması planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR