Elnur Hüseynzadənin anası: "Hərbi hissədən zəng elədilər ki, əsir düşüb" - VİDEO

Elnur Hüseynzadənin anası: "Hərbi hissədən zəng elədilər ki, əsir düşüb" - VİDEO
17:49 2 Fevral 2017
1001 Digər
Ölkə mətbuatı
A- A+

 

Ailə üzvləri Elnuru sonuncu dəfə ötən gün səhər görüblər

 

Ermənistan Ordusunun əsir götürdüyü Elnur Hüseynzadə Bərdə rayonun Qullar kəndindəndir. Lent.az-ın istipress.com-a istinadən xəbərinə görə, Elnurun anası Səidə Hüseynova deyib ki, oğlu hərbi xidmətini başa vurduqdan sonra yenidən  xidmətə yollanıb və müddətdən  artıq hərbi xidmətdə olub. O, sonuncu dəfə dünən səhər evdə olub.

 

Bərdə rayon Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətindən isə bildirilib ki, Elnur Hüseynzadə 2013-cü ilin iyul ayında  həqiqi hərbi xidmətə çağırılıb və  2015-ci ildə ordudan  tərxis olunub.

 

Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda isə deyilir ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin məlumatı yalandır.

 

Elnur Hüseynzadə adlı şəxs isə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

 

Qeyd edək ki, Ermənistan KİV  Ermənistan Müdafiə Nazirliyinə istinadən  bir Azərbaycan əsgərinin əsir düşməsi barədə məlumatlar yayıb. Məlumata görə ötən gün 15:00 radələrində Talış kəndi yaxınlığında dumanlı hava şəraitində baş verən döyüş toqquşmasında  Azərbaycan əsgəri, Bərdə şəhərindən olan 1995-ci il təvəllüdlü Elnur Hüseynzadə əsir götürülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR