"Azərikimya"da Dünya Bankının missiyası ilə görüş keçirilib

"Azərikimya"da Dünya Bankının missiyası ilə görüş keçirilib
17:52 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 2-də “Azərikimya” İstehsalat Birliyində Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya ölkələrinin ətraf mühitin və təbii sərvətlərin qorunması üzrə yeni təyin olunmuş nümayəndəsi, xanım Valeri Hikinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev son illər Birlikdə həyata keçirilən yenidənqurma, modernizasiya və abadlıq işləri, həmçinin perspektiv layihələr haqqında qonaqlara məlumat verib. Görüşdə sənaye zonasında davamlı olaraq həyata keçirilən ekoloji tədbirlər, Sumqayıt şəhərinin ekoloyi vəziyyəti, sağlam mühitin yaradılmasında “Azərikimya”nın rolu, Kimya Sənaye Parkında icra olunan layihələr və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
V.Hiki Azərbaycanla tanış olmaq, buradakı tərəfdaşlarla görüşmək, dayanıqlı inkişaf və ətraf mühitin yaxşılaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq məqsədi ilə Bakıya səfər etdiklərini bildirib. DB-nin SOCAR-ın digər strukturları ilə yanaşı “Azərikimya” İB-nin seçilmiş ərazilərində də kimyəvi çirklənmələrin qiymətləndirilməsi və qısa zamanda bərpa tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan layihələrdə iştirak etməkdə maraqlı olduqlarını vurğulayan xanım V.Hiki bu məqsədlə görülən tədbirlərin dəstəklənməsinə hazır olduqlarını söyləyib.





Xəbərin orijinal ünvanı: https://report.az/senaye/azerikimya-da-dunya-bankinin-missiyasi-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR