"Nikoil Bank"ın nümayəndələri ilə tələbələr arasında görüş keçirilib

"Nikoil Bank"ın nümayəndələri ilə tələbələr arasında görüş keçirilib
17:57 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 2-də "Nikoil Bank" ASC-nin Bakı şəhəri, Puşkin küçəsi,30 ünvanında yerləşən baş ofisində Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, konfrans zalında Bankın nümayəndələri ilə paytaxtın aparıcı universitetlərinin tələbələri ilə görüş keçirilib.
Gənclərin qarşısında xüsusi dəvət olunmuş qonaq – aktyor, şoumen, rejissor və əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun iştirakçısı Bəhram Bağırzadə çıxış edib. Tədbirin sonunda B.Bağırzadə tədbirin bütün iştirakçılarına özünün ən son kitablarından birini hədiyyə edib.
“Siz vətənpərvərsinizsə, öz işinizdə peşəkar olmalısınız”, - deyə Bəhram bildirib və görüşün bütün iştirakçılarına uğurlar, böyük nailiyyətlər və ölkəmizin rifahı naminə gənclərə təşəbbüslərində qələbələr arzulayıb.
Xatırladaq ki, hələ 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev imzaladığı sərəncama əsasən, Azərbaycan gənclərinin I Forumunun keçiriləcəyi gün - 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nikoil-bank-in-numayendeleri-ile-telebeler-arasinda-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR