"Yeni administrasiya Krımın Rusiyaya birləşdirilməsini qəbul etməyəcək"

"Yeni administrasiya Krımın Rusiyaya birləşdirilməsini qəbul etməyəcək"
17:57 2 Fevral 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Vaşinqtondakı yeni administrasiya Krımın Ukraynadan ayrılmasını və Rusiyanın tərkibinə birləşdirilməsini qəbul etməyəcək.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bunu Ukraynanın BMT-dəki nümayəndəsi Vladimir Yelçenko deyib. Onun sözlərinə görə, tərəflər bir neçə gün əvvəl danışıblar bu barədə və ABŞ Ukraynanın ərazi bütövlüyünü tanıyr.

Qeyd edək ki, Donald Tramp hələ seçki kampaniyası zamanı çıxışlarının birində Krımın Rusiyaya birləşdirilməsi mümkünlüyünə baxacağını bildirmişdi.

Krım və Sevastopol rəhbərliyi 2014-cü il martın 14-də Rusiyaya birləşməklə bağlı referendum keçirib və seçkinin nəticəsi olaraq Krım Rusiyaya ilhaq olunub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR