BANM-də 2 fevral - Gənclər günü qeyd olundu

BANM-də 2 fevral - Gənclər günü qeyd olundu
18:05 2 Fevral 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələri iştirak etdilər. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Giriş sözü ilə tədbiri açan BANM-in rektoru Elmar Qasımov 1996-cı ilin məhz bu günündə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanda gənclərin I forumunun keçirildiyini xatırlatdı. O, bildirdi ki, sözügedən forum ölkədə gənclər hərəkatının vüsət almasına təkan verdi və məhz həmin günün əhəmiyyətini nəzərə alaraq 2 fevral tarixi gənclər günü kimi Azərbaycan tarixinə yazıldı. Elmar Qasımov həmin forumda şəxsi iştirakını xatırlayaraq, o dövrdə Ümummilli liderin qarşısında bir gənc olaraq çıxış etdiyini yada salaraq hər zaman qürur hissi keçirdiyini vurğuladı. Azərbaycanda gənclərə dövlət səviyyəsində qayğı və diqqət göstərildiyini deyən rektor gənclərin ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvət olduğunu bildirdi. O, qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbin əsas məqsədi də ölkəmizdə yüksək ixtisaslı, ingilis dilli, peşəkar və dünya səviyyəli gənc mühəndislər yetişdirməkdir. Rektor bu ali təhsil ocağının qısa zaman kəsiyində əldə etdiyi uğurları və nailiyyətləri barədə danışdı. 2017-ci ilin Ali Məktəb üçün tarixi bir il olacağını, həmçinin bu il ilk məzunları yola salacağını dedi. Elmar Qasımov "Gənclər Günü" münasibətilə bütün gəncləri, o cümlədən BANM-in tələbələrini təbrik edərək, onlara xoşbəxt və uğurlu gələcək arzuladı.

Tədbirin bədii hissəsində Ali Məktəbin tələbələrinin ifasında şeirlər və musiqi parçaları səsləndirildi

Sonda SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə təlim mərkəzində "Dənizdə işləyən neftçilər və gəmi heyəti üzvləri üçün sağ qalma metodikası, fərdi xilasedici vasitələrdən istifadə və üzgüçülüyün əsasları" adlı təlimlərdə iştirak etmiş BANM-in tələbələri sertifikat və hədiyyələrlə mükafatlandırıldılar.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR