Gürcüstanın baş naziri Azərbaycan səfiri ilə görüşüb

Gürcüstanın baş naziri Azərbaycan səfiri ilə görüşüb
18:32 2 Fevral 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili tərəfindən qəbul edilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş nazir səfiri yeni təyinatı münasibəti ilə təbrik edib və diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Dursun Həsənov iki ölkə arasında dostluğun və tərəfdaşlığın daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli siyasi, iqtisadi, mədəni və turizm əlaqələri, eləcə də energetika, nəqliyyat, ticarət layihələrinin mövcud olduğu vurğulanıb.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin, geniş əhatəli müqavilə-hüquq bazasının, müxtəlif sahələr üzrə işçi qruplarının intensiv görüşlərinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz əsaslı töhfəsini verdiyi qeyd olunub.
Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət və hökumət başçılarının, hökumət üzvlərinin üçtərəfli formatda mütəmadi olaraq görüşlərinin keçirilməsinin regional əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-bas-naziri-azerbaycan-sefiri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR